• İş Saatları
  • 09:00 - 18:00
  • Əlaqə
  • (012)-409-54-90

Şüşə və fasadların yuyulması


Müasir şəhərsalma özündə müxtəlif arxitekturaya malik hündürmərtəbəli bina və tikililəri cəmləşdirir. Bu tikililərin təmizliyi ilə ətrafdakılara təəsürat yaradan xarici görünüşündən isə onların şüşə və fasadları cavabdehdir.

Şüşə və fasadların təmizliyini daim saxlamaq üçün onların ildə bir neçə dəfə əsaslı təmizliyi vacibdir. Bu işin icrası isə hər şirkətə etibar edilməyəcək dərəcədə mürəkkəbdir. Təmizliyin aparıldığı yüksəklikdən asılı olaraq sözügedən təmizlik tədbirləri yetərincə təhlükəlidir. Bu halda peşəkar insanların işi icra etməsinə ehtiyac duyulur ki, bunuda biz təqdim edirik. Bu tədbirlər son zamanlar sənaye alpinizmi kimi adlanır.

Bizim peşəkarlar şüşə və fasadların yuyulmasını maksimal keyfiyyətlə və qısa müddətdə həyata keçirir.

Sifarişçinin istəyindən asılı olaraq şüşə və fasadların yuyulması tək dəfəyə və ya müntəzəm şəkildə aparılır.

Yüksək texnologiyalı təmizləyici vasitələr və müasir avadanlıqlar tətbiqi ilə şüşə və fasadların yuyulması tikilinizin görkəmli görünüşünü təmin edir. Müasir təmizləyici vasitələrimiz şüşə səthlərin təmizliyinin uzunmüddətli olmasını, xüsusi formula isə səthin üzərində tozun yığılmamasını uzun müddət təmin edir.