• İş Saatları
  • 09:00 - 18:00
  • Əlaqə
  • (012)-412-10-85
  • (050)-244-54-90

Haqqımızda

Best Cleaning şirkəti, xidmət sektorunda ixtisaslaşmış heyətə malik olmaqla əsas hədəfini müştərilərinin istək və tələblərini ən yüksək standartlara uyğun və tam olaraq həyata keçirməyə yönəltmişdir.

Yarandığı gündən Best Cleaning şirkəti Azərbaycanda təmizlik sahəsində innovativ yanaşma nümayiş etdirərək yüksək səviyyədə müştərilərə xidmət göstərir. Yarandıqdan qısa müddət sonra Şirkətimiz bir çox sənaye, məişət və ictimai qurumlarında təmizlik xidmətlərini göstərməyə başlamışdır.

Avropa ölkələrinin ən müasir texnikalarına malik olan şirkəti ilə əməkdaşlıq edərək onların avadanlıqlarından istifadə edən Şirkətimiz istənilən növ təmizlik işlərini icra etməkdə ölkəmizin lider şirkətlərindən olmaqdan qürur duyur. Best Cleaning Şirkəti müştərilərin sifarişlərini ən yüksək standartlara uyğun,tam təmiz yerinə yetirir. Tam yerli sərmayəyə əsaslanaraq qısa müddətdə şirkət bazarda möhkəmlənmiş və özəl sektorla, dövlət müəsisələri ilə geniş və uzun müddətli əməkdaşlıq edir. Əməkdaşlarımız beynəlxalq standartlar səviyyəsində yüksək keyfiyyətli işlərin effektiv və müştərilərin tələblərinin yerinə yetirilməsinə istiqamətləndiriliblər.

Fəaliyyətə başladığımız dövrdən başlayaraq inkişaf dinamikası çox yüksək olan şirkətimizin xidmət göstərdiyi müştərilərinin sayı artıq 100 lərlə olmuşdur.

Müştərilərimizin daimi olaraq mal-materiala olan tələbatını vaxtında ödəmək üçün təmizlik kağızları, kimyəvi təmizləyicilər, təmizlik ləvazimatları Türkiyədən tədarük edilərək anbarımıza gətirilir. Anbarımızda minimum 4 aylıq tələbata uyğun mallar saxlanılır.

Şirkətimiz xidmət sahəsində fəaliyyət göstərdiyini nəzərə alaraq insan faktoruna xüsusi diqqət göstərməkdədir. Bu səbəbdən maksimum səviyyədə ədaləti və doğru insan resursları siyasəti tətbiq etməyə çalışırıq. Hal-hazırda şirkətimizdə sayı 2000 nəfəri aşan işçi qeydiyyatı bazası yaradılmışdır. Bu baza daimi olaraq yenilənir. Ehtiyac yarandığı halda bu işçilərdən anında istifadə edə bilirik.

İşçilərimizin daima yüksək peşəkarlığını və biliklərini artırmaq üçün müxtəlif təlimlər təşkil olunur və xaricdən dəvət edilmiş peşəkarlar tərəfindən müxtəlif master klaslar keçirilir.

Fəaliyyətə başladığımız dövrdən başlayaraq inkişaf dinamikası çox yüksək olan şirkətimizin xidmət göstərdiyi müştərilərinin sayı artıq 1000 lərlə olmuşdur.

Hər il şirkətimizin maddi-texniki bazasını yaxşılaşdırmaq üçün müəyyən investisiya qoyuluşları edilir. Hal-hazırda istifadəmizdə bu şirkətə məxsus ümumi dəyəri 500000 AZN-dən çox müxtəlif avadanlıq və təmizləyici maşınlar var.

Şirkətimiz haqqında bu məlumatları verməklə bildirmək istərdik ki, Şirkətimiz miqyasından asılı olmayaraq istənilən növ təmizlik xidmətlərinin öhdəsindən peşəkarcasına gəlməyə qadirdir və Sizi də xidmətlərimizdən faydalanmağa dəvət edirik.