• İş Saatları
  • 09:00 - 18:00
  • Əlaqə
  • (012)-412-10-85
  • (050)-244-54-90

Otellərin təmizlənməsi


Mehmanxana, otel və ya xostel seçərkən ən çox diqqət yetirdiyimiz məqamlar hansılardır? Yerləşdiyi yer, gözəl interyer, münasib qiymət… Yalnız interyer nə qədər gözəl və qiymətlər nə qədər münasib olsa da, təmiz əhatəsi olmayan yerdə heç bir zaman qonaqlamarıq!

Bakıda otellərin təmizlənməsi Best Cleaning Şirkəti –ın daha bir tələb olunan xidmətlərindən biridir. Digər klininq xidmətlərindən fərqli olaraq otellərin təmizliyi xüsusi icra və xidmət incəliklərinə malikdir. Bununla əlaqədar olaraq biz qonaqların vaxt keçirmə xüsusiyyətlərini nəzərə alıb xidmət etmə qrafikini məhz bununla uyğunlaşdıraraq həyata keçiririk.

Otellərdə otaqların təmizliyinə daxildir:

  • otaqların individual vaxtlarda gündəlik təmizlənməsi;
  • otağın havalandırılması;
  • çirkli dəyişəyin dəyişdirilməsi;
  • yer örtüklərinin, xalçaların quru və yaş təmizliyi;
  • mebel və səthlərdən tozun alınması;
  • hamam otağında sanitar təmizlik;
  • işlənmiş avadanlığın yenilənməsi və dəyişdirilməsi.

Otaqların gündəlik təmizliyindən başqa qonaqların oteli tərk etdikdən sonra otaqlarda əsaslı təmizlikdə aparılır. Bura divar, mebel, pəncərə və s. kimi yerlərin təmizliyi aiddir. Bir sözlə biz yeni gələcək qonağa otağı öncəki qonaqdan heç bir iz olmadan təqdim edirik.