• İş Saatları
  • 09:00 - 18:00
  • Əlaqə
  • (012)-412-10-85
  • (050)-244-54-90

Müxtəlif məkanların təmizlənməsi


Ev bizim əzizlərimizlə vaxt keçiridiyimiz, istirahət etdiyimiz, əyləndiyimiz yerdir, bizim rahat olduğumuz yerdir…

Ofis bizim ideyalarımızı, planlarımızı komfortlu mühitdə həyata keçirdiyimiz yerdir…

Hər bir məkan bizim xüsusi vaxtkeçirmə mühitimizdir və bu məkanlarda özümüzü rahat və komfortlu hiss etmək üçün təmizlik və səliqə vacibdir. Çünki heçbirimiz antisanitariya və natəmizlik olan oteldə qalmaz, uşaqlarımızı təzmizliyə cavabdeh heyəti olmayan bağçaya aparmaz, təmizlik normalarına riayət olunmayan restoranda nahar etmərik.

Məkanların təmizliyi geniş spektrli klininq xidmətlərini əhatə edir – kiçik iş həcmli ofislərin təmizliyindən tutmuş otel və böyük əraziyə malik istirahət zonalarına qədər. Best Cleaning Şirkəti –ın məkanların təmizliyi xidməti çirklənmə sahəsi və miqdarından asılı olmayaraq hər növ məkana uyğun bir sıra xidmətləri cəmləşdirir.

Təyinat növündən asılı olaraq aşağıdaki məkan təmizliyi növləri mövcüddur:

  • əsaslı təmizlik – uzun müddət yığılan çirkin birdəfəlik təmizliyi;
  • dəstəkləyici təmizlik – uzunmüddətli razılaşma əsasında təmizliyin saxlanması məqsədi ilə müntəzəm təmizlik;
  • təmir sonrası təmizlik – əsaslı və kosmetik təmir sonrası tullantı və sənaye çirklənməsinin aradan qaldırılması.