• İş Saatları
  • 09:00 - 18:00
  • Əlaqə
  • (012)-409-54-90

Catering

Bizim üçün hər bir Sifarişçi əzizdir, buna görə də fərdi və xüsusi əməkdaşlıq şərtləri təklif etməyə hazırıq. Bizim personal menecerlərimiz Sizin tədbiriniz üçün menyu, işçi heyəti, həmçinin zəruri texniki və maddi baza seçəcəklər. Əgər sizin öz ideyalarınız varsa, onda biz onları məhz sizin düşündüyünüz şəkildə həyata keçirəcəyik.
Bizim üçün milli və Avropa mətbəxinin yeməklərindən və qəlyanaltılarından ibarət istənilən menyunun hazırlanması problem olmayacaq. Sizin istəyinizə görə, bizim baş aşpazlarımız həm müəllif reseptlərini, həm də unikal resept əsasında təamlar yaradacaqlar. Əgər müəyyən inqrediyentlər sizin xoşunuza gəlmirsə, onda biz onları tamamilə aradan qaldıracaq və daha çox üstünlük verdiklərinizlə əvəz edəcəyik. Qonaqlar arasında vegetarianlar və ya qida allergiyası olan insanlar olarsa, biz onlar üçün ayrıca menyu hazırlayacağıq. Menyu yalnız sizin istəklərinizlə məhdudlaşa bilər! Siz yeməklərimizin orijinal təqdimatından və təkrarolunmaz dadından məmnun qalacaqsınız.