• İş Saatları
  • 09:00 - 18:00
  • Əlaqə
  • (012)-409-54-90

Ərazi təmizliyi


Məkanın daxili ilə yanaşı onun zahiri ətraf sahəsi də görkəmində böyük rol oynayır. Tullantılar, tökülən yarpaqlar, məişət tullantıları ərazidə qaçılmazdır və qonaqlara və ya məkanın önündən keçənlərə heç də xoş təəsürat bağışlamır. Təmizliyə riayət olunmadığı halda isə hətta piyada və avtomobillərin gediş-gəlişində belə problem yaranır.

Best Cleaning Şirkəti yaşayış binalarının, alış-veriş mərkəzlərinin, mehmanxanaların, istirahət mərkəzlərinin, istehsalat müəssisələrinin, məktəb və s. kimi yerlərin ərazilərinin təmizliyini həyata keçirir.

Ərazi təmizliyi daha çox qış vaxtlarında və təmir sonrası problemli olur. Və bu halda xüsusi avadanlıq, alət və vasitələrə tələb duyulur.

Biz müxtəlif ölçülü, çirklənmə dərəcəli və müxtəlif mürəkkəblikdə iş tələb edən ərazi təmizliyinin peşəkarlıqla öhdəsindən gəlirik.

Ərazi təmizliyinə aiddir:

  • ərazinin süpürülməsi;
  • trotuar və keçid yollarının təmizlənməsi;
  • ərazinin tökülən yarpaqlardan təmizlənməsi;
  • ərazinin qardan təmizlənməsi;
  • zibilin yığılması və atılması;
  • qazonun və otların biçilməsi;
  • qazonun və otların suvarılması.