• İş Saatları
  • 09:00 - 18:00
  • Əlaqə
  • (012)-412-10-85
  • (050)-244-54-90

Səhifəmizin dəyərli ziyarətçiləri,

    2018-ci ildən etibarən fəaliyyət göstərən,xüsusi xidmət sahəsində ixtisaslaşmış Best Cleaning Group Şirkətinin ümdə hədəfi, inkişaf etməkdə olan Azərbaycanımızda müsbət iz qoymaqdır.Bu hədəfə varmaq üçün şirkətimiz koorporativ iş üslubunu seçərək bazar iqtisadiyyatının tələblərinə uyğun ən mütərəqqi strategiya müəyyən etmişdir.Məqsədimiz vətəndaşlarımızın məmnuniyyətini qazanmaqdır.Odur ki,əldə etdiyimiz uğurların hər birinin məqsədimizə xidmət etdiyinə inanırıq.Bunun üçün əsas götürdüyümüz şəffaflıq prinsipini tərəfdaşlarımız, işçilərimiz və müştərilərimiz arasında apardığımız bütün istiqamətlər üzrə fəaliyyətimizə tətbiq etməyə çalışırıq. Qurulduğundan qısa müddət sonra Best Cleaning Group Şirkəti Respublikamızın bir çox sənaye,məişət və ictimai qurumlarında uğurlu layihələr həyata keçirmişdir.Təmizlik sahəsində Almaniya istehsalı olan ən son texnika və avadanlıqlardan istifadə edən şirkətimiz istənilən növ təmizlik işlərini yüksək səviyyədə icra edir.Müştəri yönümlülüyü ilə yanaşı şirkətimizin missiyasında,fəaliyyətdə olduğu hər sahə üzrə daimi özünü inkişaf əsaslı yeri tutmaqdadır. Şirkətimiz qısa müddət ərzində bazarda özünü doğrultmuş və hal-hazırda özəl sektorla yanaşı geniş miqyasda dövlət müəsisələri ilə də əməkdaşlıq etməkdədir. Əminliklə qeyd etmək olar ki,təmizlik şirkəti olaraq qurulan şirkətimiz artıq daha geniş fəaliyyyət istiqamətlərini özündə cəmləşdirən gündəlik təmizlik, baxım, dezinfeksiya və catering xidmətlərini idarə edən bir şirkət kimi formalaşmışdır.
Best Cleaning Group olaraq gündən günə artan xidmət sahələrimiz və komandamızla Sizlərə xidmət göstərməkdən qürur duyuruq!

Dərin hörmətlə,
Best Cleaning Group